Jurnalistin qabırğalarını qıran şəxslərin adları açıqlandı







Türkiyədə tanınmış jurnalist, "Hürriyət” qəzetinin və CNN Türk kanalının əməkdaşı Ahmet Hakanı döyən şəxslərin kimliyi məlum olub. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən dərhal sonra ərazidən uzaqlaşan 24 yaşlı Uğur Adıyaman, 37 yaşlı Ahmet Şengüler, 24 yaşlı Kamuran Ergin və 32 yaşlı Fuat Elmas 4 saat davam edən axtarış tədbirləri nəticəsində yaxalanıb. Məlum olub ki, bu şəxslər daha əvvəl müxtəlif səpkili cinayətlərə görə qeydiyyatda olublar.
Saxlanılan şəxslər jurnalistə qarşı planlaşdırılmış hücum etmələri iddiasını rədd ediblər və deyiblər ki, yanlışlıqla onların olduğu minik avtomobili A.Hakanın avtomobilinə çırpılıb və nəticədə dava baş verib.