Rusiyanın Hava-Kosmik Qüvvələrinin təyyarələri yeni zərbə endirərək Suriyanın Xama əyalətində İŞİD silahlılarının komanda məntəqəsinin bərpasının qarşısını alıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Qeyd edək ki, İŞİD silahlılarının Xama əyalətindəki komanda məntəqəsi sentyabrın 30-da Rusiya təyyarələrinin zərbələri nəticəsində dağıdılmışdı.
Suriya Silahlı Qüvvələrinin qərargahı və hava kəşfiyyatı vasitələri qeyd olunan ərazidə bərpa işlərini vaxtında aşkarlaya bilib.
"Bərpa işlərinin qarşısını almaq məqsədilə Əl-Latamna rayonunda yerləşən komanda məntəqəsinə əlavə hava zərbəsi endirilib. Qeyd olunan obyekt tamamilə məhv edilib”, deyə Konaşenkov bildirib.