"Martirosyan ailəsinin vəziyyəti normaldır, onların heç bir narahatlığı yoxdur”.
Bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Azərbaycana sığınan erməni müxalifətçi Vaan Martirosyanın son vəziyyəti ilə bağlı açıqlama verən hüquq müdafiəçisi onların Azərbaycanda qalmaq istədiklərini bildirib: "Bakıya sığınan erməni ailəsi üçüncü ölkəyə getmək istəmir. Məlum səbəblər üzündən onlar barəsində geniş məlumat vermək iqtidarında deyiləm. Çünki ona qarşı nəinki Ermənistan tərəfindən, hətta Rusiya və digər ölkələrdən də təxribatlar ola bilər. Bu məsələləri nəzərə alaraq, onun haqqında mətbuatda tez-tez məlumat verilməsini doğru hesab etmirəm. Lakin onu deyə bilərəm ki, Martirosyan ailəsinin vəziyyəti yaxşıdır. Mən vaxtaşırı onlarla telefon əlaqəsi saxlayıb görüşürəm. Ailə tez-tez şəhərə gəzməyə çıxır. Vaan Martirosyanın dediyinə görə, Azərbaycan onların çox xoşuna gəlib. Buna görə də ölkəmizdən kənara getmək istəmirlər”.
İsmayıl