Rəsmən bitdi

"Öyrət-təchiz et" proqramı üçün 500 milyon dollarlıq büdcə ayırmışdı



Amerikanın "New York Times" qəzeti, Obama rəhbərliyinin Türkiyə və İordaniya ilə birlikdə icra etdiyi və Suriyalı müxaliflərin öyrədilərək, silahlandırılmasını qarşıya məqsəd qoyan "öyrət-təchiz et" proqramından imtina etdiyini eşitdirdi.
Qəzetə danışan Obama rəhbərliyinə yaxın bir qaynaq, Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşmək üçün Suriyalı müxalifləri öyrətməyi və silahlandırmağı hədəfləyən 500 milyon dollar dəyərindəki proqramdan imtina edildiyini söylədi.

"New York Times" qəzetinin xəbərinə görə, gün ərzinə mövzuyla əlaqədar Vaşinqtondan rəsmi bir şərh gəlməsi gözlənilir. 

ABŞ Müdafiə Nazirliyi səlahiyyətliləri, Suriyalı müxaliflərin İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərində öyrədilməsi proqramının sona çatdırılacağını ifadə edir. Bunun yerinə Türkiyədə kiçik bir təhsil mərkəzi qurulacaq və burada müxalif qrupların komandirlərinə təhsil veriləcək. Bu kiçik qrupa Amerika hava əməliyyatlarında vurulacaq hədəfləri necə təyin edəcəkləri mövzusunda təhsil verilməsi planlaşdırılır. ABŞ "öyrət-təchiz et" proqramı üçün 500 milyon dollarlıq büdcə ayırmışdı.