Almaniya Danimarka ilə birgə Ukraynaya 15 tank göndərdi

Berlin Kiyevə təhvil verilən silahların siyahısını yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat verilib.

Qeyd olunub ki, Almaniya Danimarka ilə birgə layihə çərçivəsində 15 Leopard 1A5 tankı və ehtiyat hissələrini Ukraynaya tədarük edib.

Yeni paketə həmçinin 30 ədəd “Mine Resistant Ambush Protected” (MRAP) zirehli personal daşıyıcısı, “Leopard 2” tankları üçün döyüş sursatı və sənaye ehtiyatları, həmçinin “Leopard 1” tankları üçün sursatlar daxildir.

Bundan əlavə, pakedə “Gepard” özüyeriyən silahlar üçün 65 min sursat və 2 TRML-4D radar stansiyası yer alıb.