Rusiyada Youtube-un trafikində kəskin azalma - SƏBƏB

Rusiyada YouTube trafiki 80% azalıb.

"Sherg.az" UkraynskayaPravda-ya istinadən xəbər verir ki, səbəb hakimiyyət orqanlarının girişi məhdudlaşdırmağa çalışmasıdır.

Bildirilir ki, xidmətə girişi məhdudlaşdırmaq üçün Rusiya tənzimləyiciləri tərəfindən həyata keçirilən yavaşlama platformanı ölkədə demək olar ki, yararsız hala salıb.