İsrail Dəməşqin yeni hakimiyyət orqanlarına ünvanladığı mesajda Suriyada işğal etdiyi əraziləri təhlükəsizliyə görə tərk etmək fikrində olmadığını bildirib.
Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
“Təl-Əviv Dəməşqin yeni hakimiyyətinə mesaj göndərərək, “Heyət Təhrir əl-Şam” qüvvələrinin Suriyanın cənub bölgələrinə daxil olmaq cəhdlərinə dözməyəcəyini vurğulayıb”, - məlumatda bildirilib.
İsrail mediasının məlumata görə, Təl-Əviv Suriyada “məsul bir tərəf”in meydana çıxacağı təqdirdə bufer zonaya qayıtmaq imkanını nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb.