Pakistan hakimiyyəti və müxalifəti danışıqlara başlayıb

Pakistanda hakim partiyalar koalisiyasının maraqlarını təmsil edən komitələr və Müxalif Ədalət Uğrunda Hərəkat partiyası arasında ölkədə siyasi gərginliyin azaldılmasına yönəlmiş danışıqların birinci raundunu keçirilib.

APA xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, dekabrın 23-də baş tutan görüş yalnız ilkin mərhələ idi, faktiki partiyalararası məsləhətləşmələr isə 2025-ci il yanvarın 2-də başlayacaq.