Zelenski Rusiyanı Suriyadan çıxarmaq istəyir

Ukrayna Suriyada vəziyyətin sabitləşdirilməsində maraqlıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“Ukrayna Suriyada və bütövlükdə regionda vəziyyətin sabitləşdirilməsində maraqlıdır və tərəfdaşlarının lazımi səylərini dəstəkləyəcək. Biz hesab edirik ki, Suriya xalqının və bütövlükdə regionun təhlükəsizliyi üçün Rusiyanın Suriyadan çıxarılması əsas məsələdir”, - deyə Zelenski yazıb.