Bir ayağı olmayan əlilin bahalı protezini oğurladılar

Gənc yaşından sümük xərçəngindən əziyyət çəkən Attikus Rutunun ayağı amputasiya edilib.

“Medicina” xəbər verir ki, 20 yaşlı Attikusa 8000 dollardan da baha qiymətə olan protez sifariş olunub.

Bu protezin köməyi ilə o, hərəkət edə, dayana, eləcə də işləyə və hətta idmanla məşğul ola bilirdi.
Bir gün avtomobilinin baqajına qoyduğu protezin oğurlandığını görür.
Bundan təsirlənən gənc polisə ərizə versə də oğru tapılmayıb.

Bu barədə sosial şəbəkə səhifəsində paylaşım edən Attikusa dəstək təklif olunub. Belə ki, oğlanın anası internetdən oğlu üçün ianə toplanışına başlayıb və cəmi 1 həftəyə 10 min dollar yığılıb. İndi o, yeni “ayaq” sifariş edə biləcək.