Türkiyədə 2025-ci il üçün minimum əmək haqqı açıqlanıb.
"Sherg.az" NtvHaber-ə istinadən xəbər verir ki, Əmək və Sosial Müdafiə naziri Vedat Işıkhan gələn il üçün nəzərdə tutulan minimum əmək haqqını açıqlayıb.
Nazir bildirib ki, 2025-ci ildə tətbiq ediləcək yeni minimum əmək haqqı 22 min 104 lirə (1065 manat) olaraq təyin olunub.