Merkel Fridrix Mertsi Almaniya kansleri postuna uyğun namizəd hesab edir

Xristian Demokrat İttifaqının lideri Fridrix Merts Almaniya kansleri postuna uyğun namizəddir.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.

"Fridrix Mertsə uğurlar arzulayıram. O, bu məqsədinə çatmaq - kansler postuna namizəd olmaq üçün uzun müddət çalışdı. Və ona arzu edirəm ki, onun da yaxşı seçki kampaniyası aparmaq gücü olsun", - deyə A.Merkel bildirib.

O əlavə edib ki, siyasi əqidəyə malik olmaq lazımdır.