Ukraynalılar ümumilikdə Kiyevin Budapeşt Memorandumuna əsasən 30 il əvvəl imtina etdiyi nüvə silahının bərpasını dəstəkləyir. Bununla belə, Qərbin dəstəyinin itirilməsi ilə bağlı narahatlıqlar var.
AZƏRTAC bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBSİ) sorğu məlumatlarına istinadla xəbər verir.
Sosioloqlar nüvə silahının bərpası ilə bağlı üç fərqli sual hazırladılar: əlavə müsbət və ya mənfi məlumat olmadan; dəstəyin itirilməsi və Qərbdən sanksiyaların tətbiq edilməsi şərtilə; Qərb dəstəyinin itirilməsi ilə, lakin Ukraynanın nüvə silahı əldə qədər dayanmaq üçün kifayət qədər resursunun olması şərti ilə.
Ümumilikdə 73 faiz nüvə silahının bərpası ideyasına müsbət yanaşır. Dəstək verməyənlərin göstəricisi 20 faizdir. Respondentlərin 7 faizi cavab verməyə çətinlik çəkib.
Qərbin dəstəyinin itirildiyi və sanksiyaların tətbiq edildiyi halda, nüvə silahının bərpası ideyasına müsbət yanaşma 46 faizə qədər azalır, belə bir təşəbbüsü dəstəkləməyənlərin payı isə 44 faizə qədər yüksəlir. Qalan 10 faiz bitərəflərdir.
Lakin Ukraynanın nüvə silahı əldə edənədək dayanmaq üçün kifayət qədər resursu varsa, respondentlərin 58 faizi nüvə silahı əldə etmək üçün Qərbin dəstəyini itirmək riskinə hazırdır. 33 faiz belə bir ssenaridə nüvə silahı əldə etmək qərarını dəstəkləməyəcək və qalan 8 faiz qeyri-müəyyən baxışlara malikdir.
KBSİ-də sosioloqlar xatırlatdılar ki, 1994-cü ilin ortalarında ukraynalıların 50 faizi ölkənin nüvəsiz dövlətə çevrilməli olduğunu hesab edirdilər, 30 faiz isə ona sahib olmağın tərəfdarı idi. Qalan 20 faiz cavab verməkdən çəkinib.