Qaqauziya rəhbəri Sandunu prezidenti kimi tanımadı

Qaqauz muxtariyyətinin hakimiyyəti Maya Sandunu Moldova prezidenti kimi tanımır.

Teleqraf.com xəbər verir ki, bunu Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul deyib.

“Mərkəzi hökumət Qaqauziyanın legitim hökumətini tanımadığı kimi, biz də bu prezidenti tanımırıq, çünki prezident seçkilərində saxtakarlıqlar olub”, - siyasətçi bildirib.

O, həmçinin qeyd edib ki, Moldova hakimiyyəti Qaqauziya rəhbərliyinə təzyiq göstərir və əməkdaşlıq etmək istəmir.