Rusiya 100 dronla Ukraynaya hücum edib - evlərə ziyan dəyib

Rusiya Ukraynaya 100-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib, Kiyev vilayətində evlərə ziyan dəyib.

"Sherg.az" TheKyivİndependent-ə istinadən xəbər verir ki, gecəboyu Rusiya ordusu 103 pilotsuz uçuş aparatından istifadə edib. Hava hücumundan müdafiə sistemləri 52 dronu vurmağı bacarıb, 44-ü isə radarlardan itib.

Kiyev vilayətinin Brovarı şəhərində isə dron qalıqları yaşayış binasına çırpılıb. Nəticədə, dam örtüyü və liftin şaxtasında yanğın başverib. İlkin məlumatlara görə, itki yoxdur.