"WhatsApp" Rusiyada bloklana bilər - TARİX

"WhatsApp" Rusiya qanunvericiliyinin tələblərinə əməl etməsə, 2025-ci ildə bloklana bilər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya senatoru Artem Şeykin deyib.

"Əgər messencer müəyyən tələb və öhdəlikləri yerinə yetirməsə, bloklanma ehtimalı arta bilər", - senator bildirib.

Şeykin əlavə edib ki, gələn il Rusiyada "WhatsApp"la bağlı vəziyyətin inkişafı messencer rəhbərliyinin mövqeyindən asılı olacaq.