Ankarada güclü partlayış: 47 ölü, 126 yaralı

İlkin ehtimala görə, hadisəni bədəninə partlayıcı bağlamış terrorçu törədib





Bu gün Ankarada baş verən dəhşətli partlayışda ölənlərin sayı 47-yə çatıb. Lent.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi yaydığı rəsmi məlumatda daha 126 nəfərin yaralandığını bildirib.
Hadisədən sonra ərazidəki mitinq təxirə salınıb. Hadisəni araşdırmaq üçün 5 prokuror ayrılıb.
İlkin ehtimala görə, hadisəni bədəninə partlayıcı bağlamış terrorçu törədib.
Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
***
12:45
Bu gün Ankarada törədilən partlayışlar nəticəsində xeyli insanın öldüyü bildirilir. Bu barədə "Doğan" xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, həmkarlar ittifaqları üzvlərinin toplaşdığı yerin yaxınlığında – körpünün altında partlayışın törədilməsi nəticəsində yaralananlardan bəziləri artıq dünyasını dəyişib.
***
12:42
Türkiyənin paytaxtı Ankara şəhərində bəzi həmkarlar təşkilatlarının mitinq təyin etdiyi dəmir yolu stansiyası yaxınlığında 2 partlayış baş verib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, KESK, DİSK, TMMOB və TTB həmkarlar təşkilatları bu günə "Barış Mitinqi” təyin edib. Mitinqə qatılmaq üçün Gənclik Parkında insanları toplaşmağa başlayarkən ardıcıl 2 partlayış baş verib. Çoxlu sayda insanın yaralandığı xəbər verilir. Hadisə yerinə ambulanslar göndərilib.