Zaqatalada boğazında nar dənəsi qalan 7 aylıq uşaq öldü





Zaqatala rayonunda boğazında nar dənəsi qalan 7 aylıq qız ölüb.
Körpənin dayısı Nurulla Muradovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumatına görə, oktyabrın 20-də günorta saatlarında bacısı qızı Ruqiyyə Məmmədova yaşadığı evdə yediyi nar giləsi onun tənəffüs borusuna düşüb. Valideynləri körpəni Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparsalar da, onlara uşağı Şəki MRX-a aparmağı məsləhət görüblər.
Dayısının sözlərinə görə, Zaqatala MRX-dan onlara heç bir həkim və təcili yardım maşını verilməyib. Uşaq həkim nəzarəti olmadan Şəki MRX-a aparıblar. Orada isə artıq körpəyə kömək edə bilməyəcəklərini deyiblər və Bakıya çatdırılması məsləhət görülüb. Körpə Bakıya gətirilərkən yolda keçinib.
Zaqatala MRX-dan APA-ya fakt təsdiqlənib, körpəyə orada lazımi tibbi yardımın göstərildiyi bildirilib.
Uşaq doğulduğu Qımır kəndində torpağa tapşırılıb.