Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub.
"APA-Economics”in məlumatına görə, B.Hüseynov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən kənarlaşdırılıb. Onun tutduğu vəzifə müvəqqəti olaraq texniki direktor Rəsul Qurbanova həvalə olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu olan B. Hüseynov artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.