Putin Əsədlə 3 saat söhbət edib





Rusiya və Suriya prezidentləri arasında görüş uç saata yaxın davam edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitriy Peskov bildirib.
"Prezidentlər ümumilikdə üç saata yaxın ünsiyyətdə olublar”, deyə D.Peskov qeyd edib. O, jurnalistlərin Suriyada vaxtından əvvəl seçkilərin keçirilməsi mümkünlüyü ilə bağlı sualını cavablandırmayıb: "Əlavə heç nə deyə bilmərəm”.
Qeyd edək ki, oktyabrın 20-də Moskvada V.Putin və B.Əsəd arasında görüş olub. Görüşdə Rusiyanın Suriyadakı hava əməliyyatı ətrafında müzakirələr aparılıb.