Türkiyənin Dənizlii şəhərində yaşayani 66 yaşlı Erdoğan İyilikçi bir zamanlar multimilyonçu iş adamı idi.
Milli.Az bildirir ki, yanacaq və inşaat sektorlarında şirkətləri olan E.İyilikçinin onlarla apartamenti, villaları, lüks avtomobilləri, yaxtaları, hətta özəl təyyarəsi vardı. İndisə o, küçələrdə şorba satır. "Təqaüdçüyəm, ayda 1000 lirə təqaüd alıram. O pula da yaşamaq mümkün olmadığından küçələrdə şorba satıram. Şorbanı evdə özüm bişirirəm”, - sabiq milyonçu deyib.