Yunanıstan bu körpənin gülüşünü danışır





Suriyalı bir körpənin gülüşü, Yunanıstanda ictimai medianın gündəmini dəyişdirdi. Son günlər mühacir böhranıyla baş-baş qalan Yunanıstan, bu körpənin ölkəyə gətirdiyi ümid dolu təbəssümündən danışır.
Həkimlər körpə bir suriyalı ziyarətçinin təbəssümünü ölümsüzləşdirdi. Körpənin üzərində sağlamlıq müayinəsi aparan həkimlər, körpənin həkimə gülümsəmə anını lentə aldı və bu şirin sürprizi ictimai media üzərindən Yunanıstan cəmiyyətiylə paylaşdı. Həkimlərin paylaşması qısa müddətdə bəyənmə rekordu qırdı və ölkə sərhədlərini aşdı.
Mühacirlərə könüllü olaraq dəstək verən və məşhur fotoda yer alan Rio Universitet xəstəxanası Uşaq Hissəsi Təcili Xidməti Müdiri, Dr. Andreas İliadis, həyatı boyunca o anı unuda bilməyəcəyini ifadə edir.