2015-ci ildə Azərbaycanda əcnəbilərdən tərəfindən 3 övladlığa götürmə faktı qeydə alınıb.
Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin nümayəndəsi Seymur Məmmədov bildirib. Onun sözlərinə görə, uşaqlar Amerika Birləşmiş Ştatları, Türkiyə və Rusiya vətəndaşlarına övladlığa verilib.
S. Məmmədov qeyd edib ki, əcnəbilərə övladlığa verilən uşaqlar 1-3 yaş qrupu arasındadır.
Qeyd edək ki, 2007-2014-cü illərdə 43 uşaq əcnəbi vətəndaşlara övladlığa verilib. Siyahıda daha çox əslən Azərbaycan əsilli Rusiya Federasiyası vətəndaşı olan şəxslər və ABŞ vətəndaşları üstünlük təşkil edir. Siyahıda Fransa, İsveçrə və azərbaycanlılarla ailə quran Türkiyə vətəndaşları da var. Afrika, Avstraliya və Asiya qitələrindəki ölkələrin vətəndaşlarından indiyədək övladlığa götürmə ilə bağlı müraciət daxil olmayıb.