Minarəni gah ucaldır, gah da yatırırlar

Yerli xalq qəribə vasitəyə əl atıb

Rizənin İkizdərə bölgəsinə bağlı Qarzavan yaylasında yerli xalq qəribə vasitəyə əl atıb. Polad çəlləkləri bir-birinə keçirərək 7 metr hündürlüyündə minarə dizəldiblər. Soyuqlar başlayanda, qış aylarında, çəlləkləri don atmasın deyə, minarəni əyib yerə uzadırlar. Elə ki, havalar istiləşməyə başlayır, yaz gəlir, soyuqların geri qayıtmayacağından əmin olurlar, minarəni təkrar qaldırıb ucaldırlar. 
Çəlləklərdən ibarət minarəsi olan came Qarzavan yaylasındakı bir mərtəbəli yeganə ibadət evidir. Bu minarəni əyalətə bağlı Meşəköy sakinləri düzəldib. Qışda zərər görməsin deyə, yerli xalq minarəni xüsusi dəzgahla yerə yatırır, yazda təkrar qaldırır. Meşəköy muxtarı Əhməd Tığcı deyir ki, 10 il əvvəl camenin minarəsi şaxta, don səbəbindən 2 dəfə yıxıldı: “Biz də bu üsulu düşündük. Polad çəlləkləri bir-birinə keçirib qaynaq etdik, belə bir sistem qurduq. Yayladan sonuncu ayrılan kimsə, minarəni də o yerə endirir. Beləcə zəhmətdən qurtulmuş oluruq” (Milliyet.com).