Gənc qadın siçan dərmanından zəhərlənib öldü

Qazaxda zəhərlənmə hadisəsi qeydə alınıb.

Axar.az xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü A.Əliyeva siçan dərmanından zəhərlənib. Gənc qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. A.Əliyevanın necə zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.