Kaliforniya yanğınları dağıntı və ziyan baxımından ABŞ tarixində ən pis fəlakət ola bilər.
APA xəbər verir ki, bunu mətbuata açıqlamasında ştatın qubernatoru Gevin Nyusom deyib.
O, həmçinin qurbanların sayının arta biləcəyini də istisna etməyib. Qeyd edək ki, ştatda baş verən yanğınlar zamanı ölənlərin sayının 13 nəfər olduğu bildirilir.
ABŞ mətbuatının məlumatına görə, Kaliforniyada 8 milyondan çox insan hazırda yanğınlar üçün yüksək risk zonasındadır.