İspaniya Super Kubokunun matçında “Barselona” “Real Madrid”ə 5:2 hesabı ilə qalib gəlib.
“Report” xəbər verir ki, qarşılaşma Səudiyyə Ərəbistanının Ciddə şəhərində “Kral Abdulla Sports Sity” stadionunda keçirilib.
Matçı hakim Xesus Xil Mansano idarə edib.
Qarşılaşmada hesab beşinci dəqiqədə açılıb - "Real Madrid"in hücumçusu Kilian Mbappe Vinisius Juniorun ötürməsini qola çevirib. "Barselona"nın cavab qolunu 22-ci dəqiqədə Robert Levandovskinin ötürməsi ilə cinah hücumçusu Lamin Yamal vurub. 36-cı dəqiqədə Levandovski penaltini qola çevirib. Üç dəqiqə sonra Barselona"nın braziliyalı futbolçusu Rafinya Dias hesabdakı fərqi artırıb. Birinci hissəyə əlavə olunmuş 10-cu dəqiqədə Kataloniya klubunun müdafiəçisi Aleks Balde hesabı darmadağın həddinə edib. 48-ci dəqiqədə Rafinya dubl edib.
Qeyd edək ki, "Barselona"nın qapıçısı Voyçex Şensnı 57-ci dəqiqədə meydandan qovulub.
İspaniya Superkubokunun hazırkı sahibi “Real Madrid”dir. Son yarışın finalında "qaymaqlılar" "Barselona"nı 4:1 hesabı ilə məğlub edib.