Türkiyənin "Fənərbağça" komandası futbolçusu İrfan Can Kahveci ilə müqavilə müddətini artırıb.
Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisi ilə 3 illik yeni müqavilə imzalayıb.
Qeyd edək ki, İrfan Can Kahveci 2021-ci ildən "Fənərbağça"nın şərəfini qoruyur.