Gürcüstan polisi Batumi və Tbilisidə ondan çox etirazçını saxlayıb
Yusif Nəzərli
23:00 12.01.2025
Dünya
480
Bazar günü Gürcüstanın Batumi şəhərində etiraz aksiyası zamanı 8 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Acarıstanın Batumi şəhər polis idarəsinin rəisi İrakli Dqebuadze jurnalistlərə bildirib.
Saxlanılanların hamısı inzibati xətalarda - polis əməkdaşlarını təhqir etməkdə və müqavimət göstərməkdə ittiham olunurlar”, - Dqebuadze bildirib.
Gürcüstan mətbuatının məlumatına görə, Acarıstan Hökumət Evi yaxınlığında keçirilən etiraz aksiyasında vəziyyət Tbilisidən gələn müxalifət partiyası “Dəyişikliklər uğrunda Koalisiya”nın liderləri Yelena Xoştariya və Giorgi Kirtadzenin etirazçılara qoşularaq hökumətə tabe olmamağa çağırmasından sonra gərginləşib.
Xoştariya və Kirtadze polis tərəfindən saxlanılıb.
Bir gün əvvəl Batumidə hökumət siyasətinə qarşı etiraz aksiyasının 10 iştirakçısı da saxlanılıb, onlardan dördü yaxın günlərdə məhkəmə qarşısına çıxmaq üçün zaminə buraxılıb.
Bazar günü Tbilisidə hakimlərin korporativ iclasının keçirildiyi “Babilo” restoranının yaxınlığında polislə etirazçılar arasında toqquşmalar da baş verib.
Gürcüstanın Patrul Polisinin rəis müavini Sergi Bzişvilinin jurnalistlərə verdiyi məlumata görə, restoranın qarşısında etiraz aksiyasının bir neçə iştirakçısı saxlanılıb.
“Saxlanılanlar qanunsuz olaraq yolu bağlayıb, polisə yumurta atıb və onları təhqir ediblər”, - Bzişvili bildirib.
Hazırda Tbilisinin Rustaveli prospektində Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyası keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya