Finlandiya Rusiya ilə sərhədi qorumaq üçün təlim keçirəcək

Finlandiya Sərhəd Mühafizəsi Rusiya ilə sərhəd yaxınlığında təhlükəsizlik təlimlərinin ikinci mərhələsinə başlayır.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, təlimlər sərnişin axını baxımından Rusiya ilə ən böyük sərhəd-keçid məntəqələrinin yerləşdiyi İmatra, Nuijamaa, Vaalimaa və Virolahti bölgələrində keçiriləcək. Təlimin əsas məqsədi qurumların sərhəd təhlükəsizliyini idarə etməyə hazırlığını artırmaqdır.

Təlimdə polis, gömrük, xilasetmə xidməti və müdafiə qüvvələrinin əməkdaşları iştirak edəcəklər.