Xorvatiyanın seçki məntəqələrinin 99,48 %-nin məlumatlarına əsasən ölkənin hazırkı lideri Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda səslərin 74,66 %-ni toplayıb.
“Report”un xəbərinə görə, bu barədə respublikanın Dövlət Seçki Komissiyasından (DSK) məlumat verilib.
Məlumata görə, 6 720 seçki məntəqəsindən 6 755-dən alınan məlumatlara əsasən Milanoviç 1 114 383 seçici səsini (74,66 %) toplayıb. Hakim "Xorvatiya Demokratik Birliyi" Partiyası tərəfindən dəstəklənən müstəqil namizəd Draqan Primoratz isə 378 172 səs (25,34 %) toplayıb.
Qeyd edilir ki, seçici fəallığı 44,16 % təşkil edib.
Milanoviç ötən il dekabrın 29-da keçirilən ilk turda seçicilərin 49,09 %-nin, onun əsas rəqibi Primoratz isə 19,35 %-nin dəstəyini qazanıb.