Paralimpiya Oyunları: Bayraqdarımızdan uğursuz ilk cəhd

Tokio Yay Paralimpiya Oyunlarında yeddinci idmançımız mübarizəyə qoşulub.
Oxu.Az-ın xəbərinə görə, açılış mərasimində bayrağımızı daşıyan Oloxan Musayev nüvə itələmə yarışında uğursuz olub.
2008-ci il Pekində keçirilmiş Paralimpiya Oyunlarının qalibi nüvə itələmə yarışında qüvvəsini sınayıb və 11.89 metr nəticə ilə beşinci olub.
Qeyd edək ki, 42 yaşlı Oloxan Musayev üç gün sonra atletikanın disk atma növündə medal qazanmağa çalışacaq.
Bununla da bu gün Azərbaycan idmançıları mübarizələrini yekunlaşdırıb. Sabah Paralimpiya Oyunlarının dördüncü günündə daha dörd idmançımız (üç cüdoçu, bir atlet) mübarizə aparacaq.