Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əməkdaşlıq və Tərəfdaşlıq Konfransı üçün İraqa səfərə gedib.
APA-nın məlumatına görə, bu barədə nazir “Twitter” hesabında yazıb.
M.Çavuşoğlu səfər çərçivəsində İraqın Xarici İşlər naziri Fuad Hüseyni ilə görüşdüyünü qeyd edib: “İraqın güvənlik və sabitliyinə dəstək olmağa davam edəcəyik”.