Vilayət Eyvazov polkovniki təqaüdə göndərdi


Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. 

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, DİN-in Baş Kadrlar İdarəsinin rəis müavini, polis polkovniki Rüfət Həsənov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a təsdiqləyiblər.

Bu barədə ilk məlumatı Lent.az yayıb.