Bərabərlik və Böhranlara Hazırlıq və Cavab üzrə Avropa komissarı Aja Lyabib Ukraynaya gəlib.
APA xəbər verir ki, o, bu barədə X-də yazıb.
“Biz Ukraynaya və onun xalqına güclü humanitar yardım göstərməyə davam edirik”, - Lyabib yazıb.
Belçikadan olan Avropa komissarının səfəri əvvəlcədən elan olunmayıb.