Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.
APA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalındakı Pençe-Kilit və Metine bölgələrində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.
Suriyanın şimalındakı "Fərat Qalxanı" və "Barış Pınarı" bölgələrində isə PKK-nın daha altı üzvü öldürülüb.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.