Yaponiyanın cənubundakı Beppu şəhərində polis camaşırxanalardan qadın alt paltarlarını oğurlayan şəxsi həbs edib.
“Sherg.az” türk dünyasına istinadən bildirir ki, 21 yaşlı kollec tələbəsi 56 yaşlı Tetsuo Urata adlı şəxsi özünə məxsus 6 cüt alt paltarını oğurlamaqda günahlandırıb. Uratanın qapısında dayanan polis evə baxış zamanı 730 ədəd alt paltarı tapanda kişi oğurluğunu etiraf etməli olub.
Ümumiyyətlə, son illər Yaponiyada alt paltarı oğurluğu artmaqdadır. Əvvəllər 30 yaşlı elektrikçi kişinin gənc qızların 424 ədəd alt paltarını oğurladığı məlum olub.