190 manat alacaq işsizlərin bugünkü MÜRACİƏT QRAFİKİ
15:46 07.04.2020
Arxiv
1170
Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəməni (190 manat) almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafikini hazırlayıb.
Lent.az məlumat verir ki, sözügedən qrafikə uyğun olaraq aprel ayının 8-i, yəni bu gün ərzində Bakı (Binəqədi, Yasamal, Nəsimi, Səbail), Lənkəran, Cəlilabad, Salyan, Masallı, Sabirabad, Laçın, Cəbrayıl, Neftçala, Kəlbəcər, Biləsuvar, Astara, Lerik, Zəngilan, Qubadlı, Yardımçı, Şuşa, Xızı, Xocalı, Xocavənd qeydiyyatlı olan şəxslər elektron qaydada (www.e-sosial.az) müraciət edə bilərlər.
Qeyd edək ki, 12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.
İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyatla alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.
Əlavə edək ki, saytımızda birdəfəlik ödəməni almaq üçün işsiz vətəndaşların etməli olduqlarına aydınlıq gətirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol