“1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabının təqdimatı keçirilib





İngilis dilində çap olunan "1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabının təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin "Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında innovativ təşəbbüslərin artırılması” layihəsi çərçivəsində nəşr edilib.

Təqdimatda bildirilib ki, kitabın müəllifi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlidir. Müəllifin sözlərinə görə, kitaba AMEA tərəfindən rəy verilib.
Ə. Bəydəmirli qeyd edib ki, 1918-ci il soyqırımı hadisələri 5 ildən artıq tədqiq olunub: "Araşdırmalar bir neçə istiqamətdə aparılıb. Kitabda Azərbaycanın maddi və mədəniyyət resurslarına qarşı törədilən vəhşiliklər haqda məlumatlar toplanıb. Azərbaycanın 6 rayonunun 30-a yaxın kəndindən olan 100-ə yaxın insanla söhbət aparılıb. Kitabda 1918-ci il hadisələri təhlil olunub”.
Tədbirdə QHT təmsilçiləri, tədqiqatçılar çıxış ediblər.