2 şəhər və 8 rayonda repititorlara QADAĞA


2 şəhər və 8 rayonda repititorluq və hazırlıq kurslarının fəaliyyəti dayandırılır.

"Sherg.az"ın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklikdə əksini tapıb.

Qərara əsasən noyabrın 7-si saat 00:00-dan noyabrın 23-ü saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində repititorluq və hazırlıq kurslarının fəaliyyəti dayandırılır.