“2020-ci ildə də kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası davam edib”
09:26 07.01.2021
Arxiv
387
“Kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası 2020-ci ildə də davam edib və bu sahə üzrə 2 faiz artım, bitkiçilikdə 1 faiz və heyvandarlıq üzrə 2,9 faiz artım olub”.
Bu sözləri Kənd təsərrüfatı naziri İnam Kərimov yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası 2020-ci ildə də davam edib və bu sahə üzrə 2 faiz artım, bitkiçilikdə 1 faiz və heyvandarlıq üzrə 2,9 faiz artım olub:
“Pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub və kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilib. 2020-ci ildə 1 milyon hektardan artıq sahədə taxıl əkini həyata keçirilib və işğaldan azad edilən ərazilər hesabına növbəti illərdə bu sahənin əkin balansının təqribən 10 faiz artırılması nəzərdə tutulub.
Ancaq ötən il havanın quraqlıq keçməsi taxılçılığa təsirsiz ötməyib, 100 hektardan çox sahədə çıxış alınmayıb. Buna baxmayaraq, taxıl üzrə məhsuldarlıq ölkə üzrə 31,2 sentner təşkil edib.
Qeyd etmək istərdim ki, suvarma problemi yaşanmayan əksər regionlarda məhsuldarlıq xeyli yüksək olub və bir çox rayonlarda məhsuldarlıq 40 sentneri ötüb. Bir sıra özəl və pilot təsərrüfatlarda taxıl üzrə məhsuldarlıq hətta 60 sentnerə qədər çatıb.
Digər bitkiçilik məhsulları istehsalında da artım dinamikası davam edib. İlkin rəqəmlərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox tərəvəz, 4,2 faiz çox meyvə və giləmeyvə, 15 faiz çox tütün, 2,1 faiz çox kartof istehsal edilib.
Həmçinin pambıq sahəsində yüksək nəticə əldə olunub. 100 min hektar pambıq sahəsindən bu il 335 min tondan çox məhsul istehsal edilib və pambıq üzrə orta məhsuldarlıq əvvəlki illə müqayisədə 4 sentner artıb, orta məhsuldarlıq 33,5 sentner təşkil edib. Həmçinin tütün üzrə məhsuldarlıq 2019-cu illə müqayisədə 19,3 sentnerdən 22,1 sentnerə, şəkər çuğunduru üzrə məhsuldarlıq 328 sentnerdən 481 sentnerə, çəltik üzrə məhsuldarlıq 29,9 sentnerdən 32,8 sentnerə yüksəlib.
Yüksək əlavə dəyər yaradan sahələrdən biri kimi, intensiv bağçılığın inkişafı da müsbət nəticələr verib. 2020-ci ildə intensiv və superintensiv bağlar ümumi bağların 14 faizini təşkil edib. Cənab Prezident, bu il Sizin tapşırığınıza uyğun olaraq, intensiv üsulla fındıq, zeytun, nar və sitrus bağlarının salınmasına görə birdəfəlik əlavə maliyyə dəstəyi göstəriləcək.
Heyvandarlıq sahəsində də müsbət dinamika saxlanılıb və ət istehsalında ilkin nəticələrə görə 3,1 faiz artım, süd istehsalında isə 1,7 faiz artım əldə olunub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual