2020-ci ildə metropoliten sərnişindaşıma üzrə planın cəmi üçdə birini yerinə yetirib - RƏSMİ
07:51 06.01.2021
Arxiv
343
Bakı Metropoliteni 2020-ci ildə plan üzrə 228 milyon sərnişinə xidmət göstərməli olsa da, pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə görə yeraltı nəqliyyatla 74 milyon 709 min 237 sərnişin daşınıb, bu isə planın 32,8%-i deməkdir.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən verilən məlumatda qeyd olunub.
İnsanlarımızın sağlamlığı, təhlükəsizliyi naminə görülən tədbirlər siyahısına metroda sərnişindaşıma prosesinin dayandırılması da daxil edilib və Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti il ərzində bir neçə dəfə dayandırılıb.
Ümumiyyətlə, ilk dəfə, metropoliten mart ayının son 3 günü ərzində səhər saat 07.00-dan 09.00-a, axşam isə 17.00-dan 20.00-a qədər olmaqla, yalnız 5 saat xidmət göstərib.
Martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb. İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli 236 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, 4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb.
Bu dəfə metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə qəbul edilmiş qərarla yeraltı nəqliyyat oktyabrın 19-dan “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə əsas vəzifəsinin yerinə yetirməmək qadağası ilə üzləşib.
Beləliklə, 2020-ci il ərzində metropoliten 202 gün, ümumiyyətlə, sərnişin daşımayıb. Sərnişin daşınan 164 günün 3-də isə cəmi 5 saat daşıma xidməti göstərib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm