2021-ci ildə qeyri-neft sektoru üzrə dövlət gəlirlərinin həcmi məlum oldu - RƏSMİ
12:07 21.12.2020
Arxiv
450
2021-ci ildə qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin bölgüsü açıqlanıb.
Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, 2021-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 45,8 faizi və ya 11 milyard 651 milyon manatı qeyri-neft sektorunun payına düşür.
Bildirilib ki, qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 48,7 faizini və ya 5 milyard 674 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 33,5 faizini və ya 3 milyard 900 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 7,6 faizini və ya 880 milyon manatını Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 faizini və ya 250 milyon manatını Mərkəzi Bankın mənfəətindən ayırmalar, 8,1 faizini və ya 947 milyon manatını digər gəlirlər təşkil edir.
2021-ci ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 200 milyon manatı və ya 48 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 7 milyard 250 milyon manatı və ya 28,5 faizi Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 3 milyard 900 milyon manatı və ya 15,3 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 880 milyon manatı və ya 3,5 faizi Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfertin, 250 milyon manatı və ya 1 faizi Mərkəzi Bankın mənfəətindən ayırmaların, 700 milyon manatı və ya 2,7 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 247 milyon manatı və ya 1 faizi isə digər gəlirlərin payına düşür.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan daxilolmaların məbləği ÜDM-in 9,6 faizi həcmində olmaqla 7 milyard 250 milyon manat nəzərdə tutulub. Bu da cari ilin proqnozundan 60 milyon manat və ya 1 faiz çox, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 422,3 milyon manat və ya 5,5 faiz azdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya