20 Yanvar qırğınının təşkilatçılarından olan KQB generalı öldü

Moskvada SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) sonuncu sədri Vadim Bakatin 84 yaşında vəfat edib.
Vadim Bakatinin ölüm səbəbi açıqlanmır.
Onun Moskvanın Troyekurov qəbiristanlığında dəfn olunması gözlənilir.
Qeyd edək ki, V.Bakatin 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya qoşun yeridilməsinin əmrini verən şəxslərdən biri olub.
Mənbə: NTV “Telegram” kanalı