Depressiyanı  48 faiz azaldan vərdiş! Ayda bir dəfə  kifayətdir - FOTOLAR

Genetik meyl, travmalar, iş və ya təhsildəki təzyiqlər və beyin kimyasındakı dəyişikliklər depressiya ehtimalını artırır. Bununla belə, Kembric Universitetinin son araşdırmalarına görə, müntəzəm olaraq mədəni fəaliyyətlərlə məşğul olma depressiya riskini 48 faiz azaldır.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Kembric Universitetinin yaşı 50 və daha çox olan 2000 britaniyalı üzərində apardığı 10 illik araşdırma mədəni tədbirlərdə iştirakın depressiya riskini əhəmiyyətli dərəcədə azaltdığını aşkar edib.


“The British Journal of Psychiatry” jurnalında dərc olunan araşdırmada 10 ildən çox müddət ərzində 50 və daha yuxarı yaşda olan şəxslərin mədəni fəaliyyətlərdə iştirakı ilə psixi sağlamlıq vəziyyəti arasında əlaqə araşdırılıb. 


Tapıntılar mədəni fəaliyyətlərdə iştirak edən insanların depressiyaya düşmə ehtimalının daha az olduğunu göstərdi. Tədqiqatçılar sübut ediblər ki, ən azı ayda bir dəfə mədəni fəaliyyətlərdə iştirak depressiya riskini 48 faizə qədər azaldır.

Tədqiqat mədəni fəaliyyətlərin stressi azaltmağa, zehni stimullaşdırmanı artırmağa və sosial əlaqələri gücləndirməyə kömək etdiyini müəyyən edib.

Bununla belə, tədqiqatın digər diqqət çəkən cəhəti mədəni tədbirlərin bu faydalarının iqtisadi vəziyyətdən asılı olmaması idi. Başqa sözlə, insanın gəlir vəziyyətindən asılı olmayaraq mədəni fəaliyyətlərdə iştirakının psixi sağlamlığa müsbət təsirinin davam etdiyi müşahidə edilib.

Tədqiqatın aparıcı müəllifi Daisy Fancourt vurğuladı ki, fərdlər çox vaxt mədəni fəaliyyətlərə sadəcə əylənmək üçün qatılırlar, lakin bu cür fəaliyyətlərin sağlamlığa daha dərin faydaları var.