Demokratlar bunu etsələr, özləri məhv olacaq - Tramp

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp ona qarşı mümkün impiçment təşəbbüsündən narahat olmadığını bildirib.

Axar.az xəbər verir ki, Tramp jurnalistlərin impiçment ehtimalı ilə bağlı sualını cavablandırarkən demokratların belə bir addım atmasının onların öz partiyaları üçün ciddi nəticələr doğuracağını deyib.

“Zərrə qədər də narahat deyiləm. Düşünürəm ki, demokratlar bunu etsələr, partiyalarını məhv edərlər. Axı nəyə görə? Ölkəni uğurla idarə etdiyimə görə?” – deyə ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, 3 noyabrda keçirilən seçkilərdə demokratlar böyük üstünlük qazanıb və Konqresin hər iki palatasına nəzarəti ələ keçirib.