Azərbaycan Kənd təsərrüfatı naziri İsmət Abasov Bərdə rayonunda vətəndaşlarla görüşəcək. Oktyabr ayının 4-də saat 11: 00-da Bərdə rayonunda Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, İmişli, Fizuli, Laçın və Xocavənd rayonlarının sakinləri ilə görüşlər keçiriləcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Bərdə rayonuna gəlmələrinin təşkili Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək.