Astarada bir neçə gün öncə əri tərəfindən işgəncələrə məruz qalmış 28 yaşlı Nisə Xəlilova baş verən hadisənin təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, həyat yoldaşı Çingiz Mehdiyev narkotik vasitələrin aludəcisi olub. Hadisənin baş vermə səbəblərinə gəldikdə... "Çox içki içirdi. Nəşə çəkirdi. Əyyaş, qumarbaz idi. Bu işlərinə görə, hər gün məni döyürdü. Mənə deyirdi ki, get pis yola düş, mənə pul gətir. Mən də getmirdim. O, hərəkətlərinə görə, məni bu günə saldı”. Onunla yaxın münasibətlərdə olduğu qeyd edilən 40 yaşlı Astara sakini Yalçın Məhərrəməliyə gəlincə, Nisə Xəlilova elə bir şəxsin tanımadığını deyib. "Yalçını tanımıram. Onun dostu olub. Mən onu görməmişəm. Heç bilmirəm bu adam kimdir. Mənə deyirdi ki, sən ona baxırsan, filan. Mən isə deyirdim ki, onu tanımıram. Deyirdi ki, sənə şər ataram, səni öldürərəm. Onun hərəkətlərindən qorxuram”.
Qeyd edək ki, artıq Astarada həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən rayonun Kələdəhnə kənd sakini, 33 yaşlı Cingiz Mehdiyevin həbsinə sanksiya verilib. O, artıq həbs olunaraq istintaq orqanlarına təhvil verilib.