Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan müxalifəti sərt tənqid edib. Türkiyə mətbuatı xəbər verir ki, Ərdoğan müxalifəti ölkədə demokratiyaya mane olduğunu bildirib: "Tədbirlər paketinin əleyhinə çıxanlar Türkiyədə demokratiyanın olmasında maraqlı deyillər. Ölkə müxalifəti sağlam düşüncəyə zidd olan köhnə çağırışlarla çıxış edir”. Baş nazirin sözlərinə görə, demokratikləşmə üzrə tədbirlər paketi ölkənin gələcəyinə istiqamətlənib.