113 yaşlı seçici məntəqədə səs verəcək



EL TV xəbər verir ki, Tərtərdə ən yaşlı seçicinin 113 yaşı var. Rayonun Səhləbad kənd sakini Gövhər Almuradova yaşının ahıl çağı olmasına baxmayaraq, seçki məntəqəsinə özü getmək istəyir. Qeyd edək ki, Gövhər Nağı qızı Almuradova 1900-cü ildə Qərbi Azərbaycanda doğulub. Ötən əsrin sonlarında ailəsi ilə birlikdə deportasiya olunub. Həmin vaxtdan Tərtər rayonu Səhləbad kəndində yaşayır. Oğlu İman Almuradov deyib ki, seçkilər zamanı Göhər nənənin adı səyyar səsvermə siyahısına daxil edilsə də, o, bütün seçkilərdə məntəqəyə gedərək səsvermədə iştirak edir. Göhər Almuradova hazırda dövlət tərəfindən ona göstərilən diqqət və qayğıdan razılığını bildirib. O deyib ki, prezident seçkisində məntəqəyə gələrək layiqli namizədə səs verəcək. Xatırladaq ki, Göhər Almuradovanın 6 övladı, 57 nəvəsi, 69 nəticəsi, 56 kötücəsi, 8 yadıcası var.